Karlo Ançelottidən Cenk Tosun açıqlaması

"Everton"da əsas heyətə düşməkdə çətinlik çəkən Cenk Tosunun gələcəyi barədə komandanın baş məşqçisi Karlo Ançelotti açıqlama verib.

Newsport.az-ın məlumatına görə, italiyalı mütəxəssis türkiyəli forvardın komanda üçün vacib olduğunu deyib:

"Dominik Kelvert-Lyuinə heyranam. Onu gənc hücumçu olduğu üçün əvvələr izləyirdik. Transfer siyahımızda olan oyunçu idi, amma onu ala bilməzdik. Bir çox klub onu zləyir. Komandanın hücum xəttindən razıyam. Yaxşı hücumçularımız var. Cenk Tosun kimi bombardirlik keyfiyyətləri olan futbolçumuz var. Bundan əlavə, Moyze Kin, Rişarlison və Kelvert-Lyuini də qeyd etməliyəm".

Tosun bu mövsüm Premyer Liqada 5 oyuna 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right