"Atletiko" axtardığı hücumçunu Bundesliqada tapdı

Qış transfer dönəmində yeni hücumçu alacağı gözlənilən "Atletiko" "Borussiya"nın futbolçusu Pako Alkaserlə maraqlanır.

Newsport.az-ın məlumatına görə, Madrid təmsilçisi bu keçidi 30 milyon avroya həll etməyi planlaşdırır.

Transferin növbəti günlərdə həll olacağı ehtimal edilir.

26 yaşlı forvard bu mövsüm 15 oyuna 7 qol vurub. İspaniya millisinin üzvü daha öncə La Liqada "Valensiya", "Xetafe" və "Barselona"da oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right