"Astana" Qriqorçuku göndərir

Qazaxıstanın "Astana" klubu baş məşqçisi Roman Qriqorçukla yollarını ayırmağı planlaşdırır.

Newsport.az-ın məlumatına görə, klub rəhbərliyi komandanın avrokuboklardakı çıxışından narazıdır.

Bu səbəbdən komandası bu mövsüm ölkə çempionu olsa da, ukraynalı mütəxəssisin dekabrın 31-də başa çatacaq müqaviləsinin yenilənməyəcəyi bildirilir.

İddiaya görə paytaxt təmsilçisi Qriqorçuku əvəzləmək üçün "ÇFR Kluj"un baş məşqçisi Dan Petreskuya rəsmi təklif göndərib. Ancaq rumıniyalı mütəxəssis bu təklifə rədd cavabı verib.

Qeyd edək ki, “Qəbələ”nin sabiq baş məşqçisi 2018-ci ildən “Astana”nı çalışdırır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right