Qvardiola ayrılıq iddialarına münasibət bildirdi

Mövsümün sonunda "Mançester Siti"dən ayrılacağı iddia edilən Pep Qvardiola açıqlama verib.

Newsport.az saytının məlumatına görə, ispan mütəxəssis yayılan xəbərləri təkzib edib:

"Xeyr, bunlar doğru məlumat deyil. Ötən həftə klub rəhbərliyi ilə gələcək planları müzakirə etmişik".

48 yaşlı mütəxəssisin "şəhərlilər"lə 2021-ci ilə qədər müqaviləsi var. Komanda Qvardiolanın rəhbərliyi altında Premyer Liqada son iki mövsümün qalibi olub. Təvrübəli məşqçinin mövsümün sonunda klubdan ayrılacağı barədə xəbərlər yayılmışdı.

Qvardiola qış fasiləsində transfer etməyəcəklərini sözlərinə əlavə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right