Gənc ulduz 30 milyona Bundesliqa klubuna transfer olur

Avstriya təmsilçisi “Zalsburq”da performansı ilə diqqət çəkən Erlinq Holand Almaniyanın "Leyptsiq" klubuna keçə bilər.

 

Newsport.az xəbər verir ki, "Leyptsiq"in idarə heyətinin meneceri Marku Kröşe son 16 oyunda 22 qol vuran forvardla bağlı planlarının olduğunu deyib:

 

"Erlinq həqiqətən də əla istedadı olan gəncdir. Avstriyada və ÇL-də möhtəşəm performans göstərir. Gələn yay onu transfer etməyə çalışacağıq".

 

"Bild"in məlumatına görə, 19 yaşlı forvardın atası Alf İnqe Holand "Leyptsiq"in bazasında olub və klub rəsmiləri ilə görüşüb. Klub rəsmiləri futbolçunun atası ilə gələcək planları müzakirə edib. Məlumata görə, "Leyptsiq" bu transferi 30 milyon avroya tamamlayacaq.

 

Parlayan ulduz bu il 20 yaşadək futbolçuların dünya çempionatında keçirilmiş Norveç – Honduras görüşündə (12:0) 9 qol vuraraq turnirin tarixinə düşmüşdü.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah