"Beşiktaş" Portuqaliyaya baş məşqçisiz yollandı

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Braqa"nın qonağı olacaq "Beşiktaş" Portuqaliyaya baş məşqçisi Abdullah Avcını aparmayıb.

Newsport.az saytının məlumatına görə, buna səbəb 56 yaşlı mütəxəssisin ağır qripə yoluxması olub. Müalicə olunması üçün türkiyəli çalışdırıcı İstanbulda saxlanılıb. Səhhətində müsbət irəliləyiş olsa, o, sabah Portuqaliyaya yollanacaq.

"Braqa" - "Beşiktaş" matçı sabah Bakı vaxtı ilə 00:00-da başlayacaq





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right