Emil Balayevli "Tobol" yenə məğlub oldu

Qazaxıstan çempionatında 31-ci turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin qapıçısı Emil Balayevin formasını geyindiyi “Tobol” lider “Kayrat”ın qonağı olub. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Emil start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

Ardıcıl ikinci dəfə uduzan “Tobol” 59 xalla 4-cü pillədə qərarlaşıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right