Nazarov iki qol vurdu, komandası qalib gəldi

Almaniyanın II Bundesliqasında VIII turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi "Aue" klubu Drezden "Dinamo"sunu qəbul edib və 4:1 hesablı qələbə qazanıb.

Nazarov oyuna start heyətdə başlayıb və 79-cu dəqiqədə əvəzlənib. 29 yaşlı futbolçu 27-ci dəqiqədə penaltidən fərqlənməklə hesabı bərabərləşdirib. Dima 39-cu baxımlı qolla komandasını hesabda önə keçirib - 2:1.

"Aue" 14 xalla 4-cü sırada qərarlaşıb və lider "Ştutqart"dan 6 xal geri qalır.

 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right