Pepe "Arsenal"ı seçməyinin səbəbini açıqladı

"Arsenal"ın "Lill"dən 80 milyon avroya transfer etdiyi Nikolya Pepe klub saytına açıqlama verib.

Newsport.az xəbər verir ki, Fil Dişi Sahili millisinin üzvü "topçular"ı seçmə səbəbini açıqlayıb:

"Unai Emeri fransızca bilir və onunla münasibət qurmaq çox asan oldu. İndi ingiliscə öyrənməyə başlamışam. Bunun mənə yardımı olacaq. "Arsenal"ı ona görə seçdim ki, hədəfləri böyükdür. Klubun Çempionlar Liqasına dönmək xəyalları var və mən də uğura ac insanam. Buna görə də seçimim məntiqlidir. Premyer Liqaya marağım var. Dünyanın ən yaxşı çempionatıdır. Avropa Liqasını qazanmaq bizim hədəfimizdir. Ötən mövsüm finalda uduzduq. Bu mövsümü daha uğurlu keçirmək istəyirik".

24 yaşlı vinger Premyer Liqanın ilk iki turunda 63 dəqiqə meydanda olub. Pepe "Arsenal" tarixinin ən bahalı transferidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right