Azərbaycan millisinin və "Tobol"un qapıçısı Emil Balayev Qazaxıstan Premyer Liqasının 22-ci turunda “İrtış”la keçirilən görüşün (2:0) ən yaxşı futbolçusu seçilib.
Newsport.az-ın məlumatına görə, 25 yaşlı qolkiper “Instat”ın təhlilinə əsasən, oyunun ən yaxşısı adına layiq görülüb. Onun indeks balı 274 olub.
Emil Balayev matçda 28 dəqiq ötürmə verib, 7 epizodda komandasını qoldan xilas edib.