Azərbaycan millisinin üzvü "Beşiktaş"dan 3-cü liqa klubuna keçdi

Türkiyənin "Beşiktaş" klubu Azərbaycanın U-17 və U-19 millilərində oynamış Mətin Gülərlə yolları ayırıb.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisinin yetirməsi karyerasını III Liqa klubu "Darıca Gənclərbirliyi"ndə davam etdirəcək. Aşağı liqa təmsilçisi 19 yaşlı müdafiəçinin transferi üçün təzminat ödəməyib.

Mətin Azərbaycanın U-17 millisində 3 oyuna 1 qol vurub. Gənc futbolçu U-19 yığmasında 8 oyun keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right