"Səbail"dən ayrılan futbolçu Kipr klubuna transfer oldu

"Səbail"dən ayrılan Dilan Duventrunun yeni klubu müəyyənləşib.

 

Newsport.az-ın məlumatına görə, 30 yaşlı yarımmüdafiəçisi karyerasını Kiprdə davam etdirəcək. Fransalı futbolçu "Olimpiakos"a transfer olub. "Soşo"nun yetirməsi Nikosiya təmsilçisi ilə bir illik müqavilə imzalayıb.

 

"Olimpiakos" yeni mövsümdən yüksək liqada çıxış edəcək.

 

Duventru ötən mövsüm "Zirə"də çıxış edib. "Səbail"ə bu yay qoşulan futbolçu ilə müqaviləyə xitam verilib. Dilan 2016-2018-ci illərdə Kiprin "Alki" klubunun şərəfini qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right