"Qarabağ"ın qələbəsi Azərbaycanı Qazaxıstana bir qədər də yaxınlaşdırdı - UEFA-nın reytinqi

UEFA Çempionlar Liqası və Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunlarına start verilib.

 

Newsport.az xəbər verir ki, ilk oyunun günündə qeydə alınan nəticələrdən sonra UEFA-nın reytinq cədvəli açıqlanıb.

 

Kiprdə APOEL-i 2:1 hesabı ilə məğlub edən “Qarabağ” Azərbaycana 0,250 xal qazandırıb. Azərbaycan son 5 mövsümdəki xallarını 17,375-ə çatdırıb və 26-cı sıradakı mövqeyini qoruyub. 25-ci yerdə qərarlaşan Qazaxıstanın 18,000 xalı var.

 

Bu mövsüm Çempionlar Liqasında 3 qələbə və 2 heç-heçəsi olan "Qarabağ"ın qazancı 1 xaldır. 4 qələbəsi olan "Neftçi" də eyni xalı ölkəyə qazandırıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right