ÇSKA "Kristal Pelas"ın ilk təklifini rədd etdi

İngiltərə Premyer Liqa təmsilçisi "Kristal Pelas" Rusiyanın ÇSKA klubunun hücumçusu Fedor Çalovun keçidi üçün qarşı tərəfə 15 milyon avro təklif edib.

Newsport.az-ın məlumatına görə, Moskva təmsilçisi təklifi qəbul etməyib. "Hərbçilər" məbləğin artırılmasını istəyib.

Daha öncə Böyük Britaniya mətbuatı 21 yaşlı forvardla "Liverpul", "Arsenal", "Mançester Yunayted", "Tottenhem", "Latsio", "Monako" və "Valensiya"nın da maraqlandığını yazırdı.

"Ordu" klubunun yetirməsi olan rusiyalı futbolçu peşəkar karyerasına ÇSKA-da başlayıb. Çalov ötən mövsüm 37 oyuna 17 qol vurub, 7 assist edib. Rusiya yığmasının üzvünün ÇSKA ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right