İnyesta "Barselona"ya qayıdışı haqda "Vaxtım bitib"

“Barselona”dan ayrıldığım üçün təəssüflənmirəm. Bu, çox güclü sözdür. Əgər “Barselona”da oynamaq üçün özümdə istək və güc hiss etsəm, məmnuniyyətlə bir ildən sonra ora qayıdaram. Ancaq mənim vaxtım bitib".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Barselona"nın sabiq futbolçusu Andres İnyesta "goal.com"a açıqlamasında deyib.

Hazırda Yaponiyanın "Vissel Kobe" klubunda çıxış edən 35 yaşlı yarımmüdafiəçi Kataloniya təmsilçisinə mümkün qayıdışı ilə bağlı danışıb. O, belə bir fikirdə olmadığına işarə edib: "İndi başqa yerdəyəm. Futboldan fərqli şəkildə zövq alıram. Kataloniyalıların uğurlarını izləmək xoşdur. Həmişə “Barselona”nı xoş xatirələrlə yada salacam"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right