"Marca": Qaret Beyl Çin klubunda

"Real"ın futbolçusu Qaret Beyl karyerasını Çində davam etdirəcək.

Newsport.az "Marca"ya istinadən xəbər verir ki, 30 yaşlı vinger "Çzyansu Sunin"lə anlaşıb. Uels millisinin üzvü 3 illik razılıq əldə edib. Onun illik maaşı 22 milyon avro olacaq.

Transferin tezliklə açıqlanacağı gözlənilir.

"Real" Beyli 2013-cü ildə "Tottenhem"dən 101 milyon avroya transfer etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right