Yurgen Kloppdan Koutinyo açıqlaması

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "Barselona"dan Filippe Koutinyonu transfer edəcəkləri ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

 

Newsport.az ESPN-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis bu transferin reallaşmayacağını deyib:

 

"Bu transfer üçün çox böyük pul xərcləməyimiz lazımdır. Bu mövsüm böyük pullar xərcləmək mümkünsüzdür. Koutinyonun bu mövsüm "Barselona"da lazım olan performansı sərgiləyəcəyini düşünürəm".

 

27 yaşlı yarımmüdafiəçi 2018-ci ilin yanvarında "Liverpul"dan "Barselona"ya 145 milyon avroya transfer olmuşdu. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right