"Vest Hem" 50 milyonluq transferə hazırlaşır

Marko Arnautoviçi Çinə göndərən İngiltərənin "Vest Hem" klubu hücumçu axtarışlarını davam etdirir.

Newsport.az-ın məlumatına görə, londonlular İspaniyanın "Selta" klubunun hücumçusu Maksi Qomesi transfer hədəfinə alıb. "Çəkicdöyənlər" uruqvaylı forvardın 50 milyon avroluq sərbəst qalma dəyərini ödəməyə hazırdır.

22 yaşlı futbolçunun Viqo təmsilçisi ilə 2022-ci ilə qədər müqaviləsi var. Qomes son iki mövsümdə oyuna 30 qol vurub, 11 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right