Premyer Liqaya sonuncu vəsiqənin sahibi bəlli oldu

İngiltərə Çempionşipində Premyer Liqaya vəsiqə uğrunda pley-offun final oyunu keçirilib.

Newsport.az-ın məlumatına görə, "Uembli"də keçirilən matçda "Aston Villa" "Çelsi"nin sabiq futbolçusu Frenk Lempardın çalışdırdığı "Derbi Kounti" ilə qarşılaşıb. Matç "Aston Villa"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Birmingem təmsilçisi 2015/16 mövsümündən sonra Premyer Liqaya qayıdıb.

Daha öncə "Norviç Siti" və "Şeffild Yunayted" klubları elitaya yüksəlmişdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right