"Bayern" Almaniya çempionu oldu

Almaniya Bundesliqasında 2018/19 mövsümünə yekun vurulub.

Newsport.az-ın məlumatına görə, “Bayern” evdə “Ayntraxt”ı 5:1 hesabı ilə məğlub edərək, ardıcıl 7-ci, ümumilikdə isə 29-cu dəfə Almaniya çempionu olub.

Dortmund “Borussiya” səfərdə Münhenqladbax “Borussiya”sına 2:0 hesabı ilə qalib gəlib və mövsümü 2-ci pillədə tamamlayıb.

"Bayern" (Münhen), "Borussiya" (Dortmund), "Leyptsiq" və "Bayer" (Leverkuzen) növbəti mövsüm Çempionlar Liqasında, "Borussiya" (Münhenqladbax), "Volfsburq" və "Ayntraxt" isə Avropa Liqasında mübarizə aparacaq.

 

 

 

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right