ÇL-in final matçı sloveniyalı hakimlərə tapşırıldı

Futbol üzrə UEFA Çempionlar Liqasının “Liverpul”la “Tottenhem” arasında keçiriləcək final oyununa təyinatlar məlum olub.

Newsport.az xəbər verir ki, qarşılaşmanı Sloveniyadan olan hakimlər briqadası idarə edəcək. 

Görüşün baş hakimi Damir Skomina olacaq. Ona Yüre Praprotnik və Robert Vukan kömək edəcək. Dördüncü hakim funksiyasını Antonio Mateu Lahos yerinə yetirəcək. VAR hakimləri Danni Makkeli və Pol van Bukel olacaq.

“Liverpul” – “Tottenhem” matçı iyunun 1-də, Madriddəki “Vanda Metropolitano” stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right