"Fənərbaxça" 38 yaşlı futbolçuya rəsmi təklif göndərdi

Super Liqada uğursuz mövsüm keçirən "Fənərbaxça" transfer planlarını cızır.

Newsport.az-ın məlumatına görə, "sarı-lacıvərdlilər" sabiq kapitanı Əmrə Bəlözoğlu ilə maraqlanır. İstanbul təmsilçisi mövsümün sonunda futbolçu karyerasını başa vuracağı gözlənilən "Başakşəhər"in kapitanına rəsmi təklif göndərib. Məlumata görə, Əmrə "Fənərbaxça"ya dönsə, bir mövsüm futbol oynadıqda sonra klubun meneceri olacaq.

38 yaşlı yarımmüdafiəçini "Başakşəhər" də saxlamaq istəyir. Bundan əlavə, təcrübəli futbolçuya Türkiyə Futbol Federasiyasından da təklif var.

Sentyabrda 39 yaşı tamam olacaq Əmrə 2008-2012 və 2013-2015-ci illərdə "Fənərbaxça"da çıxış edib. Təcrübəli futbolçu 2015-ci ildən "Başakşəhər"in uğurları üçün çalışır.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right