"Tottenhem" və "Liverpul" yarımfinalda Yenilənib

Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

Newsport.az-ın məlumatına görə, "Liverpul" evdə 2:0 hesabı ilə məğlub etdiyi “Portu”nun qonağı olub. "Qırmızılar" cavab görüşündə də qalib gəlib - 4:1.

"Liverpul" yarımfinalda "Barselona" ilə qarşılaşacaq.

"Mançester Siti" isə ilk oyunda 0:1 hesabı ilə uduzduğu "Tottenhem"i qəbul edib. "Şəhərlilər" qonaqlara 4:3 hesabı ilə qalib gəlib. Lakin London klubu səfərdə vurduğu qolların sayəsində yarımfinala yüksəlib.

"Mançester Siti" yarımfinalda "Ayaks"la üz-üzə gələcək.

 
Çempionlar Liqası

1/4 finalın cavab oyunları

17 aprel


23:00. “Portu” – “Liverpul” - 1:4 
Qollar: S. Mane, 26 (0:1), M.Salah, 65 (0:2), E.Militao, 69 (1:2), R.Firmino, 77 (1:3), Van Diyk, 84 (1:4)
İlk oyun – 0:2

23:00. “Mançester Siti” – “Tottenhem” 4:3 
Qollar:
 R. Sterlinq, 4 (1:0), 21 (3:2), S. X. Min, 7 (1:1), 10 (1:2), B. Silva, 11 (2:2), S.Aquero, 59 (4:2), F.Llorente, 73 (4:3)
İlk oyun – 0:1




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right