"Otuz yaşa qədər yaşayacağımı düşünmürdüm" “Qəbələ”nin sabiq baş məşqçisi

“Qarşınızda hər şeyə rəğmən, həyatda qalan adam dayanıb. Alkoqol aludəçisi olduğum dönəmdə 30 yaşa qədər yaşayacağımı düşünmürdüm”.

Newsport.az-ın məlumatına görə, bunu “Qəbələ”nin sabiq baş məşqçisi Toni Adams “The Telegraph” nəşrinə müsahibəsində deyib.

 53 yaşlı ingiltərəli mütəxəssis spirtli içki qəbul edəcəyi halda, onu nələrin gözlədiyini yaxşı bildiyini söyləyib:

“Sürdüyüm həyat tərzinə baxaraq, tezliklə öləcəyimi düşünürdüm. Necə yaşamalı olduğumu bilmirdim, ancaq intihar etməkdən də qorxurdum. Öz xəstəliyimi bilirəm və bir saniyə də olsa, onunla bacaracağımı zənn etmirəm. İçki içdiyim vaxtlarda şalvarıma batıra və o formada pabdan gedə bilərdim. Bu, dəhşətli idi. İndi içki içsəm, mənimlə bağlı nə baş verəcəyini yaxşı anlayıram”.

T.Adams alkoqol aludəçi olduğuna görə ilk həyat yoldaşından boşandığını, eləcə də 58 gün həbsdə qaldığını vurğulayıb.

O, 16 avqust 1996-cı il tarixindən, daha da dəqiq – saat 17:00-dan etibarən spirtli içki qəbul etmədiyini bildirib.

İngiltərəli mütəxəssis daha sonra xeyriyyə məqsədi ilə alkoqolizmlə mübarizə klinikası açıb. Klinikada 100-ə yaxın əməkdaş çalışır.

Toni Adams 2010-cu il mayın 11-dən 2011-ci ilin noyabrınadək “Qəbələ”də baş məşqçi, sonralar isə klub prezidentinin müşaviri və idman direktoru vəzifələrində çalışıb.

O, Azərbaycan təmsilçisi ilə yanaşı, İngiltərənin “Uikomb” və “Portsmut”, eləcə də İspaniyanın “Qranada” komandalarının baş məşqçisi olub. “Arsenal”ın sabiq kapitanının məşqçilik karyerası uğursuz alınıb və o, hazırda işsizdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right