"Barselona"nın oyununda 8 qol

İspaniya La Liqasında 30-cu tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma oynanılıb.

"Atletiko" "Jirona"nı 2 cavabsız qolla məğlub edib. "Xetafe" isə səfərdə "Espanyol"la sülh bağlayıb - 1:1.

Lider "Barselona" isə "Vilyarreal"la səfər görüşündə xal itirib. 8 qolun vurulduğu matçda kataloniyalılar məğlubiyyətdən son dəqiqələrdə xilas olublar. Əvvəlcə Lionel Messi, ardınca isə Luis Suares fərqlənməklə, "Barsa"ya 1 xal qazandırıblar.

2 aprel

"Atletiko" - "Jirona" - 2:0
Qollar: D. Qodin, 76 (1:0), A. Qrizmann, 90+4 (2:0)

"Espanyol" - "Xetafe" - 1:1
Qollar: B. İqlesias, 56 (1:0), A. Rodriqes, 72 (1:1)

"Vilyarreal" - "Barselona" - 4:4
Qollar: F. Koutinyo, 12 (0:1), Malkom, 16 (0:2), S. Çukvueze, 23 (1:2), K. Ekambi, 50 (2:2), V. İborra, 62 (3:2), K. Bakka, 80 (4:2), L.Messi 90 (3:4), L. Suares, 90+3 (4:4)
Qırmızı vərəqə: Alvaro Soberon ("Vilyarreal"), 86

Qeyd edək ki, bu nəticədən sonra xallarının sayını 70-ə çatdıran "Barselona" liderliyini davam etdirir. Kataloniya klubu ən yaxın izləyicisi "Atletiko"nu 8 xal qabaqlayır. 3-cü sıradakı "Real"ın 57, 4-cü "Xetafe"nin 47 xalı var. "Vilyarreal" isə 30 xalla 17-ci pillədə qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right