Dos Santos klubsuz qaldı

Meksika millisinin üzvü Covani dos Santos ABŞ-ın "Los-Ancesles Qalaksi" klubundan ayrılıb.

Newsport.az-ın məlumatına görə, 29 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, dos Santos "Barselona"nın yetirməsidir və peşəkar karyerasına da məhz bu klubda başlayıb. O, "Tottenhem", "İpsviç", "Qalatasaray", "Rasinq", "Malyorka", "Vilyarreal" kimi klublarda çıxış edib. Meksikalı futbolçu 2015-ci ildən MLS təmsilçisində oynayırdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right