“El-Klassiko”nu yenə “Barselona” qazandı

İspaniya La Liqasında 26-cı turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, turun mərkəzi oyunu bu günə təsadüf edib.

“Real” əzəli rəqibi “Barselona”nı qəbul edib. Kataloniya klubu bir neçə gün əvvəl İspaniya kubokunda  üstələdiyini rəqibini yenə məğlub edib. Görüşdə yeganə qolu İvan Rakitiç vurub.

İspaniya La Liqası, 26-cı tur

"Real” - "Barselona" - 0:1
Qol: 
İvan Rakitiç, 26
Madrid. "Santyaqo Bernabeu"

Qeyd edək ki, "Barselona" 60 xalla turnir cədvəlinə başçılıq edir. "Atletiko" 50 xalla 2-ci, "Real" 48 xalla 3-cüdür.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right