Slovakları millimizlə oyuna ərəblər motivasiya edəcək

Slovakiyanın Azərbaycan ilə keçirəcəyi AVRO-2020-nin seçmə oyunu üçün hazırlıq planı müəyyənləşib. 

Newsport.az-ın məlumatına görə, Pavel Hapalın baş məşqçi olduğu kollektiv iyunun 7-də bir araya gələcək.

Həmin gün onlar Trnavadakı Anton Malatinski stadionunda İordaniya ilə yoldaşlıq görüşü keçirəcəklər.  

Azərbaycan AVRO-2020-nin seçmə mərhələsində Slovakiya ilə yanaşı, Xorvatiya, Macarıstan, Uelslə birgə E qrupunda mübarizə aparacaq.

Qeyd edək ki, millimiz Slovakiya ilə ilk oyunu iyunun 11-də evdə, növbəti matçı isə noyabrın 19-da səfərdə keçirəcək. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right