“Real”ın oyunu ilə bağlı şok görüntülər

İspaniya La Liqasının 13-cü turunda keçirilən  “Eybar” – “Real” oyunu ilə bağlı şok video yayılıb.

Newsport.az xəbər verir ki, videoda “kral klubu”nun 0:3 hesabı ilə uduzduğu oyunda videotəkrar (VAR) sisteminə baxan hakimlərin “Eybar”ın qoluna sevindiyi görünür. Görüntülər madridlilər tərəfindən yayılıb.

Bu qarşılaşmada VAR sisteminə baxan hakim Manuel Montero “Real”ın “Real Sosyedad”a 0:2 uduzduğu qarşılaşmada da iş başında olub. Bu qarşılaşmada “kral klubu”nun 2 penaltisi təyin edilməyib.

Qeyd edək ki, "Real" "Real Sosyedad"la oyunda hakim idarəçiliyindən narazı qaldığı üçün İspaniya Futbol Federasiyasına bununla bağlı şikayət edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right