PSJ-nin futbolçusu Şotlandiya klubunda

“Seltik” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Newsport.az xəbər verir ki, Şotlandiya təmsilçisi PSJ-nin forvardı Timoti Veanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Vea mövsümün sonuna qədər icarə əsasında “Seltik”də forma geyinəcək.

18 yaşlı forvard “Seltik”in təlim-məşq toplanışına qoşulmaq üçün Dubaya yollanacaq.

Cari mövsümdə PSJ formasıyla 3 qarşılaşmaya çıxan Vea, bu oyunlarda 2 qol vurmağı bacarıb. 18 yaşlı hücumçu 8 dəfə də ABŞ millisinin şərəfini qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right