"Fənərbağça" Ozan Tufanı icarəyə verdi

"Fənərbağça" yarımmüdafiəçisi Ozan Tufanı icarəyə verib.

Newsport.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Ərsun Yanal məlumat verib. Ozan karyerasını Super Liqanın digər təmsilçisi "Alanyaspor"da davam etdirəcək. Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb. 57 yaşlı mütəxəssis bildirib ki, bu, 23 yaşlı futbolçu üçün faydalı olacaq: "Tufan uzun müddətdir ki, oynamır. Öz çəkisini bir qədər qaydasına salsın. Bu dəyişiklik onun üçün faydalı olacaq".

Qeyd edək ki, Türkiyə millisinin üzvü 2015-ci ildə "Bursaspor"dan İstanbul klubuna 7 milyon avroya transfer olmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right