Balotelli iki klubun transfer hədəfində

"Nitsa"nın transferə çıxardığı Mario Balotelliyə iki klub "elçi düşüb".

Newsport.az-ın məlumatına görə, İtaliya millisinin üzvü "Marsel"lə "Napoli"nin hədəfindədir. Bu transferdə "Marsel" daha istəklidir. Klubun idman direktoru Andoni Zubizaretta artıq "Nitsa" tərəfiylə danışıqlara başlayıb.

Qeyd edək ki, 28 yaşlı hücumçu cari mövsüm cəmi 10 oyun keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right