"Əgər yanvarda 4-5 futbolçu alırsınızsa, deməli, yayda səhvlərə yol vermisiniz"

"Roma"nın idman direktoru Ramon Monçi "La Gazetta dello Sport" nəşrinə açıqlama verib.

Newsport.az-ın məlumatına görə, məşhur futbol funksioneri "San Paolo"dan Maidana, "Qalatasaray"dan Ozan Kabak və "Anderlext"dən Leonard Dendonkerin "Roma"nın transfer hədəfində olmaları barədə yayılan xəbərlərə münasibət bildirib:

"Hər kəs bizdən üç-dörd transfer gözləyir. Ancaq mənim üçün qış fasiləsi komandanı başdan-ayağa yeniləmək vaxtı deyil. Sadəcə, bir-iki şeyi dəyişmək mümkün olur. Əgər yanvar ayında dörd-beş futbolçu alırsınızsa, deməli, yayda böyük səhvlərə yol vermisiniz".

İspan mütəxəssis cari mövsümün "canavarlar" üçün çətin keçdiyini vurğulayıb: 

"Bu mövsüm bizim üçün çox çətin keçir. Yayda yaxşı qazanclarımız oldu. Mövsümə də yaxşı start vermişdik. Ancaq sonradan çətin dönəmlər yaşadıq. Ancaq sonda necə olacağını bilmirik. Hələ ki, bütün turnirlərdə mübarizəyə davam edirik".

"Transfer sehrbazı" ləqəbiylə tanına Monçi yayda bəzi səhvlərə yol verdiyini etiraf edib:

"Bəli, bunu gizlətmək istəmirəm. Bəzi nöqtələrdə səhvlərim oldu. Özümü hər zaman tənqid edib, səhvlərimiz üzümə vururam. Bu, önəmli şeydir. "Roma" və "Sevilya"da özümü şanslı hesab edirəm. Çünki mənim işimə müdaxilə edən yoxdur və azad çalışmaq fürsətim var. "Roma"nın prezidetni Ceyms Palotta bir dəfə mənə demişdi ki, "Roma" sənindir, öz klubundur".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right