"Liverpul"un futbolçusundan ayrılıq qərarı

"Liverpul"da əsas heyətdən kənar qalan Divok Oriji qış transfer dönəmində klubdan ayrılmağa qərar verib.

Newsport.az-ın məlumatına görə, "qırmızılar" da belçikalı hücumçunu satmaq istəyir. 23 yaşlı forvardla "Vulverhempton" və "Şalke" klubları maraqlıdır. "Mersisaydlar" gənc futbolçunun transferindən ən azı 20 milyon avro qazanmaq istəyir.“Qarabağ”ın futbolçusu Con Delarj karyerasını Türkiyədə davam etdirə bilər.

Qeyd edək ki, Oriji 2014-cü ildə "Lill"dən "Liverpul"a 10 milyon funt-sterlinqə keçib. O, bu mövsüm 3 oyuna 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right