Kokudan "Anderlext"i şoka salan tələb

"Fənərbağça"dan ayrıldıqdan sonra Fillip Koku "Anderlext" klubundan təklif alıb.

 

Newsport.az xəbər verir ki, hollandiyalı mütəxəssis Belçika klubuyla danışıqlar aparıb. Lakin Kokunun tələb etdiyi maaş klub rəhbərliyini şoka salıb. 48 yaşlı mütəxəssis "Fənərbağça"dakı müqaviləsindən daha çox məvacib tələb edib. O, bonuslarla birgə mövsümün sonuna kimi 4 milyon avroya yaxın maaş istəyib. "Anderlext" Kokudan endirimə getməsi üçün danışıqları davam edir. Əgər hollandiyalı aşağı maaşa işləməyə razılıq verməsə, klub rəhbərliyi başqa variantlara nəzər yetirəcək.

 

Qeyd edək ki, "Anderlext" öncəki baş məşqçisi Hein Vanhazbruka illik 1 milyon avroya yaxın məvacib ödəyirdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right