Bəxtiyar Musayevi qovan, millimizin məğlubiyyətini qeydə alan fransalı

UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunda keçiriləcək Kosovo - Azərbaycan oyunu fransalı hakim Benua Milloya həvalə edilib.

Newsport.az-ın məlumatına görə, FIFA referisi ikinci dəfə milli komandamızın oyununu idarə edəcək. 36 yaşlı hakim ötən ilin oktyabr ayında DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Çexiya oyununu idarə edib. Bakı Olimpiya Stadionunda keçirilən görüşdə qonaqlar 2:1 hesablı qələbə qazanıb. Sözügedən matçda referi çexiyalıların qapısına penalti təyin etmişdi. Ağ nöqtəyə yaxınlaşan Əfran İsmayılov fərqlənə bilmişdi.

Benua 2015-ci ildə 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsində Azərbaycan millisinin Danimarkaya 0:3 hesabı ilə uduzduğu oyunda 4-cü hakim olub.

Millonun avrokuboklarda təmsilçimiz "Neftçi" ilə də yolu kəsişib. Fransalı hakim 2014-cü ilin iyulun 24-də paytaxt təmsilçisinin Sloveniyada "Koper"ə 2:0 hesabı ilə qalib gəldiyi oyunda ədalət təmsilçisi olub. "Ağ-qaralar" Mirhüseyn Seyidovla Karlos Kardosonun qolları ilə mərhələ adlaya bilmişdi. Benua meydan sahiblərinin futbolçusu Caka Ştromayeri 51-ci dəqiqədə qırmızı vərəqə ilə cəzalandırmışdı. Gərgin keçən qarşılaşmada "Neftçi"nin məşqçilər korpusunda yer alan Bəxtiyar Musayev hakimə etiraz etdiyi üçün texniki zonadan qovulmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right