Millimizin rəqiblərinin oyununda darmadağın

17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin VIII qrupunda ilk tura yekun vurulub.

Newsport.az saytının məlumatına görə, Azərbaycan yığmasının Norveçə 1:4 hesabı ilə uduzduğu günün ikinci qarşılaşması da darmadağınla başa çatıb.

Qrup oyunlarının meydan sahibi Albaniya Çexiyaya 0-6 hesabı ilə uduzub.

Qeyd edək ki, oktyabrın 26-da keçiriləcək II turda Azərbaycan yığması Çexiya ilə, Albaniya isə Norveçlə üz-üzə gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right