Cek Uilşir "Arsenal"dan ayrılma səbəbini açıqladı

Yay transfer pəncərəsində "Arsenal"dan "Vest Hem"ə azad agent statusu ilə keçən Cek Uilşir London klubundan ayrılma səbəbini açıqlayıb.

Newsport.az xəbər verir ki, İngiltərə millisinin üzvü Arsen Vengerin komandadan getməsinə görə, bu addımı atdığını söyləyib:

"Əgər Arsen Venger komandada qalsaydı, karyeramı "Arsenal"da davam etdirəcəkdim. Mənə o, hər zaman güvənirdi. Kapitanlıq bazubəndini də vermişdi və mənə hörmətlə yanaşaırdı. Vengerin gedişindən sonra mənim üçün yeni dönəm başladı".

Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçi "Arsenal"ın yetirməsidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right