"Messi və Suaresin olduğu komandada əsas heyətə düşmək çətindir" Pako Alkaser

“Barselona”nın hücumçusu Pako Alkaser mövsümün əvvəlində Dortmund “Borussiya”sına keçidinin səbəbini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, 25 yaşlı futbolçu bu addımı oyun təcrübəsi qazanmaq üçün atdığını bildirib:

“Messi və Suaresin oynadığı komandada əsas heyətə düşmək çətindir. Öz qərarımdan razıyam. İlk gündən burada hamı mənə kömək etməyə çalışır. Bundesliqaya yaxşı uyğunlaşdım. Burada hər şey xoşuma gəlir. “Borussiya”da göstərdiyim oyun məni qane edir. Bu səviyyədə oynamağa davam etməliyəm. Mənim işim komandaya kömək etməkdir. Meydana çıxanda bu imkandan maksimum yararlanmağa çalışıram”.

Qeyd edək ki, müqavilə ilə “Barselona”ya məxsus olan Alkaser bu mövsümü icarə əsasında “Borussiya”da keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right