Şeydayevin komandasının yeni baş məşqçisi rəsmən açıqlandı

Millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi Rusiyanın "Krılya Sovetov" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, Samara təmsilçisinin "sükanı arxası"na Miodraq Bojoviç keçib. 50 yaşlı mütəxəssis uğursuz nəticələrə görə istefaya göndərilən Andrey Tixonovu əvəzləyib.

Qeyd edək ki, "Krılya Sovetov" Premyer Liqada 9 turdan sonra 16 komanda arasında 15-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right