"Monako"dan ayrılan futbolçu Bolqarıstan klubunda

"Monako"dan ayrılan kot-d-ivuarlı hücumçu Lasina Traore sürpriz qərar verib.

Newsport.az-ın məlumatına görə, 28 yaşlı forvard karyerasını Bolqarıstanda davam etdirəcək. Traore "Levski" ilə anlaşma əldə edib. Hücumçunun Soiya təmsilçisi ilə müqaviləsinin şərtləri bəlli deyil.

Qeyd edək ki, Lasina Traore 2014-cü ildə "Anji"dən "Monako"ya 10 milyon avroya keçmişdi. Traore "Everton", ÇSKA, "Sportinq Xixon" və "Amyen" klublarında icarə əsasında çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right