Anri fransız klubunu çalışdırmaqdan imtina etdi

Fransa millisi və “Arsenal”ın sabiq hücumçusu Tyerri Anrinin “Bordo”ya baş məçqçi təyinatı gerçəkləşməyib.

Newsport.az-ın məlumatına görə, veteran futbolçu fransız klubunu çalışdırmaqdan imtina edib. Buna səbəb Liqa 1 təmsilçisinin gənc mütəxəssisin tələblərini yerinə yetirməyə hazır olmamasıdır.

Anridən “yox” cavabı alan klub rəhbərliyinin Klaudio Ranyeri ilə danışıqlara başlayacağı iddia olunur.

Qeyd edək ki, “Bordo” hazırda turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right