Fatih Terimdən transfer müjdəsi Sabah komandaya qoşulacaq

"Qalatasaray" klubu növbəti transferini həyata keçirib.  

Newsport.az-ın məlumatına görə, son Türkiyə çempionu sabiq futbolçusu Babou Ndiayeni rənglərinə baölayıb.  "Stok Siti"nin futbolçusu icarə əsasında "Qalatasaray"da çıxış edəcək. 

Məlumatı komandanın baş məşqçisi Fatih Terim verib: "Ndiaye ilə uzun müddətdi danışırdıq, özü "Qalatasaray"da oynamağa hazır idi. "Stok Siti" ilə razılıq əldə edə bilmirdik ki, bunu da yoluna qoyduq. Badou ikinci gün İstanbula gələcək. Onun icarəsi üçün "Stok Siti"yə heç bir məbləğ ödəməmişik". 

Seneqallı yarımmüdafiəçi "Qalatasaray"a qayıdışını belə şərh edib: "Düzü, "Göztəpə" ilə oyuna qədər klubun düşərgəsində idim, amma danışıqlar gec başa çatdı. "Qalatasaray"a keçidim bu həftə rəsmiləşəcək. "Qalatasaray" azarkeşlərini İstanbul Hava Limanında gözləyəcəm". 

Qeyd edək ki, 27 yaşlı futbolçu ötən mövsümün ilk yarısını "Qalatasaray"da keçirib.  

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right