"Trabzonspor" Ramil Şeydayevlə yollarını rəsmən ayırdı

Türkiyənin "Trabzonspor" klubu Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevlə yollarını ayırıb. 

Newsport.az-ın məlumatına görə, Qara dəniz təmsilçisi 22 yaşlı hücumçu ilə müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv edib. Bildirilir ki, "Trabzonspor" Ramil Şeydayevə komandada qaldığı və icarəyə verildiyi müddətdə 370 min avro ödəyib. Onun Türkiyə klubu ilə 2020-ci ilə qədər müqaviləsi mövcud idi. 

Qeyd edək ki, Ramil Şeydayev 2016-2017 mövsümündə 170 min avro müqabilində Rusiyanın "Zenit" komandasından "Trabzonspor"a keçib. O, 2017-ci ilin yanvarında Slovakiya "Jilina"sına, ötən ilin yayında isə "Qarabağ"a icarəyə verilmişdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right