Sezar Meza Kollinin Rumıniyadakı qazancı bəlli oldu

"Keşlə"ni Rumıniyanın "Universitatya" klubuna dəyişən Sezar Meza Kollinin müqaviləsinin detalları bəlli olub. 

Newsport.az-ın məlumatına görə, paraqvaylı futbolçu Rumıniya yüksək liqasında çıxış edən klubla 3 illik müqavilə imzalayacaq.  27 yaşlı futbolçu yeni klubunda ilinə 96 min avro qazanacaq. Bu isə ayda 8 min avro deməkdir.

Rumıniya klubu Sezara görə "Keşlə"yə heç bir vəsait ödəməyib.  

Qeyd edək ki, Azərbaycanda "Zirə"nin də formasını geyinən Sezar Meza Kolli ötən ay "Keşlə" ilə müqaviləsinin müddətini daha bir il uzadıb. O, ötən mövsüm paytaxt komandası ilə Azərbaycan Kubokunun qalibi olub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right