Paytaxt klubundan 2 transfer

“Latsio” heyətini iki yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, A Seriyası təmsilçisi xorvatiyalı yarımmüdafiəçi Milan Badel və ispaniyalı yarımmüdafiəçi Xoakin Korrea ilə razılıq əldə edib.

Bu barədə klubun rəsmi “tvitter” hesabından xəbər verilib. Hər iki futbolçu İtaliyaya gələrək tibbi müayinədən keçəcək.

Milan Badel kluba azad agent kimi qoşulacaq. Xoakin Korrea “Sevilya” klubundan transfer edilib. İspaniyalı futbolçunun transfer məbləği isə hələ açıqlanmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right