Fransalı futbolçu "Barselona"dan ayrıldığını açıqladı

İspaniyanın "Barselona" klubunun futbolçusu Lyuka Dinin komandadan ayrılacağını açıqlayıb. 

Newsport.az-ın məlumatına görə, 25 yaşlı müdafiəçi bu barədə şəxsi "Instagram" hesabında paylaşım edib.

Fransalı oyunçu "Barselona" klubunun bir ailə olduğunu deyib: "Son iki il ərzində bir uşağın xəyalını yaşadım. Hamınıza təşəkkür edirəm. Çalışdığım bütün işçilərə və məşqçilərə təşəkkür edirəm. Bu şəhər həmişə mənimlə qalacaq". 

Qeyd edək ki, Lyuka Din 2016-cı ildən "Barselona"da çıxış edib. Onun İngiltərənin "Everton" klubuna keçəcəyi ehtimal olunur.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right