"Barselona"dan imtina etdiyim üçün fəxr edirəm" - Qrizmann

“Barselona”dan imtina etmək mənim qərarım idi. Bununla fəxr edirəm”.

Newsport.az-ın məlumatına görə, bu sözləri “Atletiko”nun futbolçusu Antuan Qrizmann “As” nəşrinə açıqlamasında deyib.

Fransa millisinin üzvü Madrid klubu ilə müqaviləsini yenilədiyi üçün şad olduğunu bildirib:
“Atletiko”nun heyətində yeni mövsümün başlamasını səbirsizliklə gözləyirəm. UEFA superkubokunun oyununa az qalıb. Bu titulu qazanmaq niyyətindəyik”.

Qeyd edək ki, “Atletiko” superkubok oyununda “Real”la qarşılaşacaq. Görüş avqustun 15-də Tallində keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right