Millimizin üzvü “Adanaspor”a “yox” deyib, başqa klubla anlaşdı

Milli komandamızın üzvü Ufuk Budak Türkiyənin “Samsunspor” klubundan ayrıldıqdan sonra işsizdir. 

Newsport.az-ın məlumatına görəformada olmadığı üçün yığmamızın yoldaşlıq görüşlərində iştirak edə bilməyən futbolçu yeni təklifi rədd edib.  O, “Adanaspor” klubuna “yox” cavabı verib. 

Məlumatı Türkiyə klubunun baş məşqçisi Cihat Arslan verib: “Transferini başa vurmaq istədiyimiz futbolçular var.  Sol cinah futbolçusu, yarımmüdafiəçi, cinah hücumçusu və mərkəz hücumçusu ilə güclənmək istəyirik. Önəmli oyunçularla danışıq aparırıq. Sol cinah müdafiəçilərindən Ufuk Budak və Özgür Özkaya ilə danışıqlar apardıq. Amma onlar başqa komandaya getməyə razılıq verdilər”.

Qeyd edək ki, Ufuk Budak karyerası ərzində  “Ülm”, “Frayburq”, “Əskişəhərspor”, “Qaziantep BB”, “Kayserispor” və “Manisaspor” kimi komandalarda forma geyinib. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right