"Biz “Qarabağ”la tamam fərqli vəziyyətdəyik" - Aleksandr Xatskeviç

“İlk olaraq xətlərarası əlaqəyə fikir verməli idik.  Müdafiədə və yarımmüdafiənin mərkəzində yaxşı çıxış etdik”.

Newsport.az-ınn məlumatına görə, bu sözləri Kiyev “Dinamo”sunun baş məşqçisi Aleksandr Xatskeviç “Qarabağ”la keçirilən yoxlama oyunundan sonra klubun saytına açıqlamasında deyib.

Avstriya toplanışı çərçivəsində Ağdam klubuna 1:0 hesabı ilə qalib gəldikləri sınaq matçını dəyərləndirən baş məşqçi bunları əlavə edib: “İlk qarşılaşmamız olduğunu nəzərə alsaq, oyunumuz, xüsusilə də, hücumların təşkili kifayət qədər yaxşı idi. İntensiv keçən ilk hissə izlədik. Müdafiədən hücuma yaxşı çıxışlar oldu. Yekunda bəzi şeylər alınmadı, amma başa düşmək lazımdır ki, biz “Qarabağ”la tamam fərqli vəziyyətdəyik. Onlar bir həftə sonra Çempionlar Liqasında mübarizəyə başlayırlar. Bu, onların sonuncu yoxlama oyunları idi. Biz isə ilk yoxlama matçımızı keçirdik. Ancaq düşünürəm ki, uşaqlar doğru yoldadırlar və anlayırlar ki, onlardan nə tələb olunur”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right